Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq
SOSİAL
00:08 06.02.2026
10499
Azərbaycanda 19 mart qısaldılmış iş günüdür.

AZXEBER.COM xəbər verir ki, 20 - 24 mart Novruz bayramı, 20 - 21 mart isə Ramazan bayramı ilə əlaqədar olaraq 19 mart (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq.

Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır.

Bu səbəbdən dövlət və özəl müəssisələrdə 19 martda iş vaxtı adi günlərlə müqayisədə bir saat daha qısa olacaq.
Qeyd edək ki, 20 -30 mart ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.

/Metbuat.az
OXŞAR XƏBƏRLƏR