Bu tarixlərdə ASAN Xidmət işləməyəcək

Bu tarixlərdə ASAN Xidmət işləməyəcək
SOSİAL
11:54 19.03.2023
332
Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar martın 25-dən etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, bazar günü ASAN Kommunal mərkəzlərində qeyri-iş günüdür.
OXŞAR XƏBƏRLƏR