Bu teatra Müslüm Maqomayevin adı veriləcək

Bu teatra Müslüm Maqomayevin adı veriləcək
SOSİAL
21:32 18.08.2026
107
Dərbənddə fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrına görkəmli azərbaycanlı müğənni və bəstəkar Müslüm Maqomayevin adının verilməsi qərara alınıb.

AZXEBER.COM "trend.az”a istinadla xəbər verir ki, qərar Dağıstan Respublikasının rəhbəri yanında fəaliyyət göstərən komissiyanın iclasında qəbul edilib.

Komissiya üzvləri Azərbaycanın böyük sənətkarının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təklifi yekdilliklə dəstəkləyiblər.
OXŞAR XƏBƏRLƏR