"Bu, təkcə Türkiyənin deyil, bütün bölgənin təhlükəsizliyi baxımından çox mühüm bir uğurdur"

"Bu, təkcə Türkiyənin deyil, bütün bölgənin təhlükəsizliyi baxımından çox mühüm bir uğurdur"
SİYASƏT
11:54 14.05.2025
722
"Uzun illər boyunca Türkiyə PKK terror təşkilatının törətdiyi vəhşiliklərdən əziyyət çəkib. Bu müddət ərzində minlərlə türk əsgəri şəhid olub, yüzlərlə ailə faciə ilə üzləşib. Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərimizə şəfa diləyirik”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

Deputat bildirib ki, xüsusilə son on ildə Türkiyə terrora qarşı mübarizədə yeni yanaşmalar tətbiq edib:

"Sərhədlərdən kənarda həyata keçirilən strateji əməliyyatlar nəticəsində PKK-nın fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət, terrora qarşı sərt və ardıcıl mübarizə təkcə Türkiyə daxilində deyil, regionda da sabitliyin təmin olunmasına xidmət edib. Bu siyasət Milliyyətçi Hərəkat Partiyası başda olmaqla, bir çox siyasi qurum tərəfindən dəstəklənib. Sevindirici haldır ki, artıq PKK terror təşkilatı öz fəaliyyətini dayandırdığını bəyan edib. Bu, təkcə Türkiyənin deyil, bütün bölgənin təhlükəsizliyi və sabitliyi baxımından çox mühüm bir uğurdur. Ümid edirik ki, bundan sonra bu və ya digər formada terrora əl atan bütün qurumlar silahı bir kənara qoyub, problemlərin həllini siyasi dialoq müstəvisində axtarmağa üstünlük verəcəklər”.

Deputat əlavə edib ki, bu, uğur, eyni zamanda Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır:

"Çünki biz də uzun illər erməni separatizmi və terrorizmi ilə mübarizə aparmışıq. Şükürlər olsun ki, bu mübarizənin nəticəsi olaraq Azərbaycan bu gün tam suveren ərazilərinə sahibdir və regionda davamlı sülhün bərqərar olunması üçün sülh sazişi istiqamətində Ermənistanla danışıqlar aparır. Bu, həm də sübut edir ki, Türk dövlətləri, xüsusilə Azərbaycan və Türkiyə gücləndikcə regionda söz sahibi olurlar. Biz əminik ki, bu birlik və güc sayəsində Türk dünyası gələcəkdə daha sabit, daha güclü və daha ədalətli bir bölgə yaradacaqdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər