'Bu təklifi mənə edəndə bildirdilər ki, ...'

MƏDƏNİYYƏT
00:38 04.02.2013
1504

Xanəndə Qoçaq Əsgərovun səsi daha bir ölkədən eşidildi.Musiqiçi “BBC radio 3”-ün Londonda yaşayan etnik xalqlar üçün həyata keçirdiyi layihə çərçivəsində böyük konsert proqramı ilə çıxış edib. “BBC radio 3” konsert salonunda keçirilən tədbirə Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının nümayəndələri, Britaniya ictimaiyyətinin təmsilçiləri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər. Konsertdə ilk olaraq, Qoçaq Əsgərov tamaşaçılara təqdim edilib, onun yaradıcılığı və qeyri-adi səs imkanlarından danışılıb. Xanəndə AZXEBER.COM-a bildirib ki, bu layihə Londonda yaşayan etnik xalqlar arasında keçirilən bir tanıtım yarışmasıdır. Xanəndə bu layihə üçün Londondakı həmyerlimiz 16 yaşlı Fidan Hacıyevanı hazırlayıb: “Bu təklifi mənə edəndə bildirdilər ki, Londonda yaşayan azərbaycanlı ilə çıxış etməliyəm. Məqsəd Londonda doğulan azərbaycanlının öz ölkəsinin mədəniyyətini necə təbliğ etdiyini göstərməkdir. Mən də Fidan Hacıyevanı hazırladım və o, sentyabr ayında keçirilən yarışmada bir neçə ölkə arasında Azərbaycanı qalib etdi. Bundan sonra isə biz konsert üçün hazırlaşmağa başladıq. Məşqlərimizi əsasən “skype” vasitəsi ilə edirdik. Ötən günlərdə isə həmin layihənin bu il üçün açılışı oldu. Konsertdə ilk keçən ilki qalib ölkə Kolumbiya iştirak etdi. Daha sonra Fidanla mən öz ifalarımızı təqdim etdik”.

Qoçaq Əsgərov bildirib ki, onların ifalarının səs yazıları iyul ayına kimi BBC-3 radiosunda səslənəcək. Bundan başqa yaxın günlərdə çəkiliş qrupu Azərbaycana gələcək: “Fidanı da özləri ilə Bakıya gətirəcəklər və burada çəkilişləri davam etdirəcəklər. Musiqiçilərimiz həmçinin, geniş müsahibə ilə çıxış edərək, ifa etdikləri hər bir musiqi aləti haqqında geniş məlumatla çıxış etdilər”.

Qeyd edək ki, xanəndəni tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov, balabanda Şirzad Fətəliyev müşayiət edib. Layihə sənətşünaslıq namizədi, YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırovanın təşkilatçılığı ilə həyata keçirilib.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir