Şotlandiyanın Aberdin Universitetindən olan bir qrup mühəndis dünyada ilk dəfə olaraq, jestlərin dilini mətnə “tərcümə” edə bilən unikal texnologiya hazırlayıb.
AZXEBER.COM-un Rabitə və İnformasiya nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Portativ qurğularda, məsələn, smartfonlarda istifadə üçün nəzərdə tutulan proqram təminatı nitq və ya eşitmə qüsuru olan istifadəçilərin köməyinə çatacaq.
Qeyd edək ki, proqram real vaxtda jestlərin dilini sözə ötürərək, məlumatları transliterasiya edir. Bundan başqa istifadəçilər onların ünsiyyət ehtiyaclarını daha yaxşı ödəməsi üçün jestlərin dilini sazlaya bilərlər.
Şotlandiyalı mütəxəssislər qeyd edirlər ki, eşitmə və nitq qabiliyyətləri zəif olanlara müasir kommunikasiya dünyası açan yeni texnologiya jestlərin dilini çevirmək və onları smartfonlarda da istifadə etmək üçün bütün imkanlara malikdir.