Bu təyyarələrin istehsalı müvəqqəti dayandırılıb

Bu təyyarələrin istehsalı müvəqqəti dayandırılıb
DÜNYA
21:50 04.06.2022
462
ABŞ-ın "Boeing" korporasiyası işçi qüvvəsi və material çatışmazlığı ilə əlaqədar "737 MAX" təyyarələrinin istehsalını 10 gün müddətinə dayandırıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu şirkətə 3,6 milyard ABŞ dolları itirmək hesabına başa gələ bilər.

Hazırda dünyada 320 ədəd "737 MAX" təyyarəsi var. Onların sifarişçisi olan İrlandiyanın aşağı büdcəli "Ryanair" şirkəti "Boeing"də yaranmış vəziyyətə görə yay ayları üçün uçuşların sayını azaltmalı olub.
OXŞAR XƏBƏRLƏR