"Bu tip elanlarla universitetlər nə demək istəyirlər?" - Osman Gündüz ali məktəbləri tənqid etdi

"Bu tip elanlarla universitetlər nə demək istəyirlər?" - Osman Gündüz ali məktəbləri tənqid etdi
SOSİAL
13:47 29.08.2024
454
"Bəzi universitetlər qeydiyyat üçün kəndirli "papka", notarial təsdiqlər, DİM -dən arayış, yaşayış yerindən arayış, qonşudan arayış və s. tələb edir. Elm və Təhsil Nazirliyi (ETN) isə bildirir ki, tələbələrin universitetlərə qeydiyyatı üçün heç bir səbnəd tələb olunmur. Bu dərəcədə olacağını gözləmirdim. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və ETN bir neçə ay öncədən elan ediblər ki, universitetlərə qəbul olunanlardan kağız sənədlər toplanmayacaq, paralel qeydiyyatlar olmayacaq, qeydiyyat yalnız portal.edu.az üzərindən olacaq".

AZXEBER.COM xəbər verir ki, bunu sosial şəbəkədə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.

O qeyd edib ki, ETN-dən tələbənin sistemə daxil olanda özünün bütün sənədlərini (attestat, yaşayış yeri, DİM məlumatları, hərbi çağırışla bağlı məlumatlar, güzəşt hüququ verən sənədlər və s.) sistemdə görəcəyivə onları sadəcə təsdiqləyəcəyi bildirilib:

"Bir daha təkrar edirik ki, tələbə heç bir sənədi sistemə yükləmir. Və ETN universitetlərə də bu sənədlərə giriş imkanı yaradıb. Yəni Universitetə tələbənin attestatı lazımdırsa, universitet öz giriş məlumatları ilə ETN sisteminə daxil olub onu görə bilir, bu məlumatların hamısını özünə çəkə bilir və s. Bundan artıq nə olmalıydı? Yəni əsl rəqəmsal hökumət komponentləri bu qeydiyyat prosesində qurulub".

O.Gündüz qeyd edib ki, qurumlar gecə-gündüz çalışıb rəqəmsal bir platforma qurublar və bir də usanmadan deyirəm ki qeydiyyat üçün heç bur sənəd istəmirlər:

"Yeri gəlmişkən, ETN və İRİA-ya, inteqrasiya olunan bütün qurumlara bu cür effektiv və mükəmməl sistem üçün "Halal olsun" demək doğru olardı.
İndi görək real vəziyyət necədir? Ötən gündən başlayaraq biz bu prosesi monitorinq edirik. Monitorinqin bəzi nəticələri çox düşündürücüdür və çox təəssüf doğurur.

Universitetlərin elanlarından görünür ki, yenə də portal.edu.az-dan kənar, paralel qeydiyyat aparanlar, kağız sənədlər tələb edənlər var:

1. BDU - heç bir sənəd və paralel qeydiyyat tələb etmir
2. AzTU - heç bir sənəd və paralel qeydiyyat tələb etmir
3. BMU - özü üçün kağız formada əlavə sənədlər tələb edir
4. GDU - özü üçün "Kəndirli qovluq" və digər çoxsalı sənədlər istəyir, Köhnə Yevlax avtovağzalının yanında
5. ATU - əlavə çoxsaylı kağız sənədlər tələb olunur
6. ADPU - əlavə kağız sənədlər tələb olunur.

Ümid edirəm ETN və İRİA da bunlardan xəbərdardır. Güman ki, hökumət fərqindədir, dövlətin ayırdığı bu qədər resurslar "Kəndirli qovluq" dövrünə qayıtmaq üçün nəzərdə tutulmayıb.

Anlamıram ki, bu tip absurd və qanunazidd, tələbələrdə və valideynlərdə çaşqınlıq və narazılıq yaradan, hökumətin apardığı siyasətə sayğısızlıq nümayiş etdirən bu tip elanlarla universitetlər nə demək istəyirlər?

İnanıram ki, ETN, Agentlik tez bir zamanda universitetlərə xəbərdarlıq edəcək və bu tip elanlar hər yerdən yığışdırılacaq".
 
Bakı Mühəndəslik Universitetindən mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verilib. Universitetin mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib ki, universitetdə qeydiyyat onlayn aparılır:
 
"Bakı Mühəndislik Universietində qeydiyyat tam onlayn qaydada aparılır. Qeydiyyat zamanı tələbələrin universitetə gəlməsi və hər hansı sənəd təqdim etməsi tələb edilmir. Bununla bağlı hansısa fakt da mövcud deyil. Yalnız dərslər başlayandan sonra attestatın əsli, şəxsiyyət vəsiqəsinin surəti, rəsmi sənədlər üçün çəkilmiş 3x4 ölçüdə rəngli fotoşəkil (2 ədəd) istənilir ki, bu da şəxsi iş üçündür. Bu isə təkcə BMU-da deyil, bütün universitetlərdə tələb edilir. Vurğuladığım bu da yalnız dərs başlayandan sonra istənilir, qeydiyyat vaxtı yox. Qeydiyyatla bağlı müvafiq elan universitetin saytında yerləşdirilib və oarada da açıq-aydın qeyd olunanlar vurğulanıb".
 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
22:30 19.03.2026
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
22:16 19.03.2026
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
22:08 19.03.2026
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
“Sabah” doğma meydanda qələbə qazandı
21:59 19.03.2026
“Sabah” doğma meydanda qələbə qazandı
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
21:53 19.03.2026
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
21:48 19.03.2026
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
21:41 19.03.2026
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
21:33 19.03.2026
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
21:24 19.03.2026
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
21:13 19.03.2026
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
20:54 19.03.2026
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
20:46 19.03.2026
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
20:32 19.03.2026
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
20:23 19.03.2026
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
20:14 19.03.2026
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib