Bu universitetdə magistratura pilləsində bir qrup distant təhsilə keçdi

Bu universitetdə magistratura pilləsində bir qrup distant təhsilə keçdi
SOSİAL
21:29 31.10.2021
217
Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistratura pilləsində bir qrup distant təhsilə keçib.

Bununla bağlı Universitetdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, həmin qrupda bir tələbədə virus aşkarlandığı üçün distant təhsilə keçilib.

Qeyd edilib ki, əyani dərslər başlayandan indiyə qədər universitetdə ümumilikdə 7 qrup distant təhsilə keçib və artıq əyani dərslərə geri dönüblər.
OXŞAR XƏBƏRLƏR