Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı
SOSİAL
13:17 27.08.2025
443
Bu il ali təhsil müəssisələrinə 57 min 236 nəfər qəbul olunub. Tələbə adını qazanan 60 minə yaxın şəxs Azərbaycanın müxtəlif universitetlərində təhsillərini davam etdirəcəklər. Yeni tədris ilinin başlamasına 1 aydan az vaxt qalsa da, görünən odur ki, bir sıra universitetlər tələbələri rektorsuz qarşılayacaq. 

AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, Azərbaycanda hazırda bir sıra ali təhsil müəssəsinin rektoru yoxdur.

Sumqayıt Dövlət Universitetinin sonuncu rektoru Rüfət Əzizov bu ilin fevral ayınadək bu vəzifəni icra edib. Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə o, ADNSU-ya rektor təyin olunub. 12 fevral 2025-ci ildə isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinə rektor əvəzi təyinat alıb. O, rektorun səlahiyyətlərini icra edir.

Azərbaycan Dövlət Dəniz Akademiyası da yeni tələbələrini rektorsuz qarşılayacaq. Ali təhsil müəssisəsinin sonuncu rektoru Heydər Əsədov olub. O, ötən ilin sentyabr ayında deputat seçilib və rektor vəzifəsindən azad edilib. 

Bakı Xoreoqrafiya Akademiyasının sonuncu rektoru Timuçin Əfəndiyev 2021-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə vəzifəsindən azad edilib. Onun 80 yaşı var və hazırda təqaüddədir.  4 ildir ki, rektor vəzifəsini Akademiyanın Tədris işləri üzrə prorektoru, Əməkdar artist Nailə Məmmədzadə icra edir.

Naxçıvan Müəllimlər İnstitutunda 2020-2024-cü ildə rektor pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov olub. O, ötən il parlament seçkilərində iştirak edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatı seçilib və bu səbəbdən İnstitutdakı vəzifəsindən azad edilib. Artıq 1 ildir ki, ali təhsil ocağında rektor vəzifəsi boşdur. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda daha bir rayonda söküntü olacaq - Qəzalı binalar yenilənəcək
15:34 27.08.2025
Bakıda daha bir rayonda söküntü olacaq - Qəzalı binalar yenilənəcək
“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” — Deputatdan etiraz
15:32 27.08.2025
“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” — Deputatdan etiraz
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi keçirildi - FOTOLAR
15:29 27.08.2025
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi keçirildi - FOTOLAR
İranda nüvə obyektləri qanunsuz yoxlanıldı: MAQATE ilə əməkdaşlıq dayandırıldı
15:27 27.08.2025
İranda nüvə obyektləri qanunsuz yoxlanıldı: MAQATE ilə əməkdaşlıq dayandırıldı
Qubaya kino çəkilişinə gedənlər qəzaya düşdü - Ölən var
15:23 27.08.2025
Qubaya kino çəkilişinə gedənlər qəzaya düşdü - Ölən var
Peskov: Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi ehtimalına mənfi baxırıq
15:19 27.08.2025
Peskov: Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi ehtimalına mənfi baxırıq
Netanyahu hökumətin iclasını keçirdi - Bir çox nazir qatılmadı
15:11 27.08.2025
Netanyahu hökumətin iclasını keçirdi - Bir çox nazir qatılmadı
Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu
14:53 27.08.2025
Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu
Peskov: Rusiya Ukraynada Avropa ölkələrindən olan hərbçilərin yerləşdirilməsinə qarşıdır
14:50 27.08.2025
Peskov: Rusiya Ukraynada Avropa ölkələrindən olan hərbçilərin yerləşdirilməsinə qarşıdır
"İphone 17" bu tarixdə təqdim ediləcək
14:31 27.08.2025
"İphone 17" bu tarixdə təqdim ediləcək
"4 gün təsiri olacaq" - Astroloqdan AÇIQLAMA
14:29 27.08.2025
"4 gün təsiri olacaq" - Astroloqdan AÇIQLAMA
Ukrayna ilə razılaşma yalnız bu şərtlə mümkündür - Kreml AÇIQLADI
14:17 27.08.2025
Ukrayna ilə razılaşma yalnız bu şərtlə mümkündür - Kreml AÇIQLADI
Tramp: Vaşinqtonda qətl törədənlərə ölüm cəzası veriləcək
14:12 27.08.2025
Tramp: Vaşinqtonda qətl törədənlərə ölüm cəzası veriləcək
Fernandu Santuşun mətbuat konfransının vaxtı bəlli oldu
13:56 27.08.2025
Fernandu Santuşun mətbuat konfransının vaxtı bəlli oldu
Nazir polkovnikə yüksək vəzifə verdi
13:41 27.08.2025
Nazir polkovnikə yüksək vəzifə verdi
Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı
13:17 27.08.2025
Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı