Bu uşaq 13 yaşında ata oldu - FOTOLAR + VİDEO

DÜNYA
14:00 18.05.2013
9715

İngiltərədə qəribə hadisə baş verib.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 13 yaşlı Alfie Pattenin özündən 3 yaş böyük sevgilisindən uşağı olub. Uşaq-ata sevgilisi Chantelle Steadmanın hamilə olduğunu öyrəndikdə həm təəccüblənib, həm də pis olub. Balaca ana hamilə olduğunu öyrənəndə “Ailəmiz bu vəziyyəti bilsə bizi öldürəcək” deyə ağlayıb. Onlar 6 həftə boyunca bu sirri valideynlərindən gizlədiblər.

“Bir uşağa sahib olmağın yaxşı hiss olduğunu düşündüm. Bundan sonrasının necə olacağı barədə heç bir fikrim yoxdur. Cibimdə xərcliyim belə yoxdur. Atam hər gün mənə 10 sterlinq pul verir” deyən uşaq-ata övladına necə baxacağını bilmir.

A.Pattenin atası 45 yaşlı Dennis Patten isə oğlunun bu anormal hərəkətini hələ də dərk etmədiyini bildirib. Sonda qeyd edək ki, dünən xəstəxanadan çıxarılan balaca valideynlərin uşaqlarına Maisiedir adı verilib.Ayşə İsazadə

OXŞAR XƏBƏRLƏR