İngiltərədə C.Cames və S.Cones cütlüyünün övladı ölkədə 400 uşaqda tapılan nadir xəstəlikdən əziyyət çəkir.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 3 yaşlı Fred bədənindəki istiliyi tarazlaya bilmədiyi üçün valideynləri onun tərləməməsi üçün əlindən gələni edir. Əks halda, Fred yüksək istilik keçirmək səbəbilə həyatını itirə bilər. Oğlunu sərinlədici vasitələrlə nəzarətdə saxlayan ana “ Bu xəstəlik o, doğulandsan meydana çıxıb. Ən pisi odur ki, oğlum isti havalarda başqa uşaqlar kimi rahat oynaya bilmir” deyib.Ayşə İsazadə