Bu üsullarla özünüzü istivurmadan qoruya bilərsiniz

MARAQLI
21:53 18.06.2024
282
"İstivurma adətən bədən istiliyinin 40 dərəcə və daha yuxarı qalxdığı temperaturlarda baş verir. İstivurmanın ən çox yayılmış səbəbi günəşə uzun müddət məruz qalmaqdır. Günəşin ən yüksək olduğu saatlarda məcburi bir vəziyyət olmadıqca çölə çıxmaq olmaz".
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyəli həkim DR. Mecit Bahar deyib.
 
Onun sözlərinə görə günvurmanın 2 fərqli kliniki növü var:
 
"Bunlar məşq nəticəsində yaranan istivurma və qeyri-məşğulluq nəticəsində yaranan klassik istilvurmadır. Güclü istilik vurması ümumiyyətlə yüksək temperaturda intensiv məşq edən gənclərdə müşahidə olunur, klassik istivurma isə daha çox yaşlılarda və uşaqlarda təsirini göstərir.
 
İstilik vurmasına səbəb olan faktorlar, xüsusilə yay aylarında yüksək temperaturda uzun müddət işləmək, uzun müddət qapalı və isti mühitdə qalmaq, kifayət qədər maye qəbul etməmək, bədənin istilik mərkəzinin işləyə bilməməsi nəticəsində baş verir. Risk qrupuna 5 yaşdan aşağı və 65 yaşdan yuxarı şəxslər, həmçinin şəkərli diabet, qan təzyiqi, ürək və böyrək kimi xroniki xəstəlikləri olanlar, hamilə qadınlar, spirtli içkilərdən istifadə edənlər və psixiatrik xəstəlikləri olanlar daxildir.
 
Risk altında olan şəxslər üçün ilk növbədə yüksək temperatura məruz qalmanın qarşısı alınmalıdır. İstilik ilə əlaqəli simptomlar görünən kimi, bədən istiliyi azaldılmalı və vəziyyətin istivurmaya keçməsinin qarşısı alınmalıdır. Məcburi bir vəziyyət olmadıqca, günəşin ən yüksək olduğu saatlarda (11.00-15.00) çölə çıxmaq olmaz. Gün ərzində ən azı 2,5-3 litr maye qəbul edilməlidir. Uzun müddətli və intensiv məşqdən qaçınmaq lazımdır."
 
Oksana
 

 

OXŞAR XƏBƏRLƏR