Bu xəstələr 3 ay dayanmadan gülürlər

Bu xəstələr 3 ay dayanmadan gülürlər
SAĞLAMLIQ
00:45 01.04.2013
3444
Dünyadakı ən qəribə 9 xəstəliyini təqdim edirik:1.Morgellons-14 min insanda görülən bu narahatlığın, parazitlərdən qaynaqlı olduğu düşünülür. Adamın dərisindən qara, mavi ya da qırmızı rəngdə liflər sallanır.

2.Progeria:Erkən yaşlanma xəstəliyi olaraq da bilinir. Genetik olan xəstəliyə tutulanlar ümumiyyətlə 12-13 yaşına gəldiklərində həyatlarını itirirlər.

3.Su allergiyası:Bu günə qədər yalnız 30 adamda görülən xəstəliyə tutulanlar, damızdırılmamış suda olan iyonlara qarşı həddindən artıq həssaslar. Xəstələr nə rahatca su içə bilir, nə də duş ala bilirlər.

4.Xarici aksent sindromu:Beyindəki danışma bölgəsinin ziyan görməsi nəticəsi adamın normal aksentini itirib fərqli aksentlə danışması sindromu.

5.Ölümünə gülmək:Yeni Ginedəki bir qəbilədə görülən xəstəlikdə adam idarəsizcə gülməkdən ötəri əvvəl bədən hakimiyyətini ardından da həyatını itirir. Qəhqəhənin müddəti 3 aya qədər çıxa bilir.

6.FOP:Xəstənin əzələləri sümüyə çevrilir və adam heykəl kimi hərəkətsiz qalır.

7.Əli tərəfindən sindromu:Adam, ətrafı olduğundan fərqli qəbul edir. Görmə, toxunma, eşitmə duyğularını təsir edə bilən xəstəlik üzündən məsələn obyektlərin ölçüləri gerçəkdə olduqlarından çox fərqli qəbul edilə bilir.

8.Porfiria:Bənövşəyi rəngdə sidik və nəcislə özünü müəyyən edir. Dəridə günəşə qarşı həddindən artıq həssaslığa, qaşınmağa, alın bölgəsində həddindən artıq tüklənməyə gətirib çıxarır.

9.Pica: Təbəşir, boya kimi maddələrin yeyilməsi vərdişi. /// sia.az

OXŞAR XƏBƏRLƏR