Bu xəstələrə verilən dərmanların sayı artırıldı

Bu xəstələrə verilən dərmanların sayı artırıldı
SAĞLAMLIQ
10:19 16.03.2026
136
Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib.

 
AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Dəyişikliyə əsasən, "Trikafta", "Kalideko" , "Orencia" , "Livmarli" adlı dərman vasitələri həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer alan dərmanların sayı 131-ə çatıb.
OXŞAR XƏBƏRLƏR