Türkiyədə ən çox rast gəlinən xərçənglər sırasında olan kolon xərçənginin (yoğun bağırsaq xərçəngi) təhlükəsi günü-gündən artır.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssislər bu xəstəliyin 20-li yaşlaradək endiyini açıqlayıb.
Hər il dünyada 2 milyon, ölkəmizdə isə 20 min insan xərçəng xəstəliyinə tutulur. Üstəlik, yanlış qidalanma vərdişləri və piylənmə hallarının artması ilə əlaqədar olaraq, son illərdə 50 yaşdan aşağı insanlarda onun tezliyi artmaqdadır. Müntəzəm kolonoskopiya müayinəsi ilə kolon xərçənginin qarşısını almaq olar.
Kolon xərçəngi erkən diaqnoz qoyularsa həqiqətən müalicəsi mümkün olan bir xəstəlikdir. Kimyaterapiya və radioterapiyadan faydalanaraq bunun qarşısını almaq olar. Yemək vərdişlərinin pozulması risk faktorunu artırır. Xüsusilə lifli qidalardan qaçınmaq və işlənmiş qidaların istifadəsini dayandırmaq lazımdır. 20 yaşlılarda belə Kolon xərçəngini görməyə başlamışıq.
Bu, çox məkrli bir xəstəlikdir. Semptomlar yaranan kimi dərhal xəstəxanaya müraciət etmək lazımdır.
Mütəxəssislər bu xəstəlikdən uzaq olmaq üçün idmanla məşğul olmağı və oturaq həyatdan uzaq durmağı məsləhət görüblər.
Oksana