Bu xəstəlik ölkəni bürüdü: bir həftə ərzində yüz minlərlə yoluxma

Bu xəstəlik ölkəni bürüdü: bir həftə ərzində yüz minlərlə yoluxma
DÜNYA
00:11 22.12.2022
701
Avstriyada qrip tipli xəstəliklər nəzərəçarpacaq dərəcədə artıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dekabrın ilk həftəsində tənəffüs şikayətləri səbəbiylə təxminən yüz min yeni xəstə səhiyyə müəssisələrinə müraciət edib.

Məlumata görə, qrip dalğasından təsirlənən Avstriyada bir həftə ərzində təxminən 394 min yeni xəstə qeydə alınıb.

Sağlamlıq və Qida Təhlükəsizliyi Agentliyinin (AGES) verdiyi açıqlamada qrip və buna bənzər xəstəliklərin bütün Avstriyada təsirli olduğu və gündəlik yoluxma sayının ölkə tarixində ən yüksək səviyyəyə çatdığı bildirilib.

Aydın

OXŞAR XƏBƏRLƏR