Bu xəstəlik səndə varsa, heç vaxt evlənməyəcəksən...

MARAQLI
16:19 12.12.2012
3500

Evdən çıxmaq istəmirəm, cəmiyyətə qarışa bilmirəm, həyacandan mədəmdə qəribə ağrılar olur, həmişə gərgin oluram, ağız boşluğumda tez-tez quruluq yaranır, tanımadığım insanlarla ünsiyyətə girə bilmirəm, ünsiyyətdəəllərimin içi tərləyir, dərhal qızarıram, kəkələyirəm və.s Axı bütün bunların səbəbi nədir? Çox təəssüflə qeyd etməliyik ki, bu ictimai fobiyanın simptomlarıdır.

İctimai fobiya insanların həyatını kabusa çevirən və tez tez rast gəlinən ciddi narahatlıqlardan biridir. Bu cür şəxs adətən “alçaldılma” qorxusu ilə insanlarla ünsiyyətdən qaçır. Hətta bəziləri heç vaxt evlənmirlər, iş tapa bilmirlər. Beləcə cəmiyyətdən uzağlaşıb tufeyli həyat keçirirlər.

İctimai fobiyanın əsas xüsusiyyətləri sakitlik, utancaqlıq və çəkingənlikdir. Bu tip insanlar adətən sosiallaşmadan qaçır, fikirlərini müstəqil şəkildə söyləməyə çətinlik çəkir, tez-tez depresiyaya düşürlər. Bu xəstəlik vaxtında müalicə edilmədikdə çox böyük fəsadlara yol aça bilir. Əksər vaxtlarda o qədər şiddətli hala gəlib çıxır ki, insan yazı yaza, fincanı əlində tuta bilmir, nitqində qüsurlar yaranır.

Bəzi ictimai fobiyası olan insanlar bu xüsusiyyətlərin özünün təbii xarakteri olduğunu düşünür və buna qarşı mübarizəyə cəhd etmirlər. Unudurlar ki, bu xəstəlik zaman keçdikçə psixoloji problemlərə gətirib çıxaracaq.

İctimai fobiyanın müalicəsi üçün öncə bu xəstəliyin fərqinə varmaq, təsirli müalicə metodları axtarmaq vacibdir. Əsas tələb isə müalicə üçün konkret addım atmaq və uyğun psixoloqa müraciət etməkdir.

Röya Raufqızı

OXŞAR XƏBƏRLƏR