Üç fərqli araşdırmaya görə, hər 100 adamdan birində sevməyi qeyri-mümkün edən "Depersonalizasiya pozğunluğu” xəstəliyi var.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu xəstəlik şizofreniya kimi yayılıb.
Mütəxəssislər bunun obsesif-kompulsif pozğunluq və şizofreniya kimi yayılmış olduğunu və tibbi olaraq onilliklər ərzində psixi xəstəlik kimi tanındığını deyirlər.
Müalicə olunmayan xəstələr həyatları boyu bu xəstəliklə yaşamalı ola bilərlər.
Ancaq xəstəliyi tanıyan mütəxəssislərin sayı çox azdır.
Depersonalizasiya pozğunluğundan əziyyət çəkən həkim deyir ki, depersonalizasiya pozğunluğu tibb təhsili zamanı öyrədilməyib.
Ən azı iki xəstəsinə səhv diaqnoz qoyduğunu deyən həkim, həmkarlarının çoxunun bunu eşitdiklərinə inanmadığını bildirir.
Oksana