Bu xəstəliyə hamı yoluxa bilər – SAĞLAMLIQ

SAĞLAMLIQ
12:13 09.01.2013
4775

Tənəffüs yollarında baş verən iltihablanmalar və daralmalar səbəbiylə ortaya çıxan xəstəliyə astma adı verirlər. 

Bu daralmalar və mənfi inkişaflar mukozanın şişməsinə və burada olan mayenin nizamlı şəkildə artmasına səbəb olur. Xırıltı, öskürək, nəfəs darlığı, sinədə sıxışma hissi astmanın ən böyük əlamətlərindən bir neçəsidir. Bu əlamətlər ümumiyyətlə kəsiklər halında baş verir və konkret bir zamanı olmur. Bu əlamətlərin irəliləməsi və müəyyən allergik narahatlıqlar astma xəstəliyini daha da sürətləndirə bilər. Diaqnoz və müalicədən gec qalındığı təqdirdə əlamətlər daha sıxlaşar və narahat edici bir hal almağa başlayar.

Astma xəstəliyini sürətləndirən başlıca faktorlardan biri tozlandırıcı həşəratlardı. Bundan əlavə, siqaret tüstüsü və bəzi dərmanlar da astmanı sürətləndirən faktorlar arasındadır.

Dünyada 300 milyon astma xəstəsinin olduğu təxmin edilir.

Mütəxəssislərin araşdırmalarına görə, hər 100 uşaqdan 13-15-i, hər 100 yeniyetmədən 5-7-i astma xəstəliyinə düçar olur. Bu xəstəliyin əsas səbəbi hava çirkliliyi və pis həyat şəraitidir.

Əgər siz özünüzdə nəfəs darlığı, öskürək, xırıltılı tənəffüs hiss edirsinizsə, mütləq həkimə müraciət edin.

Astma xəstəliyinin kəsiklər halında gələn nəfəs darlığı, xırıltılı tənəffüs, öskürək kimi əlamətlərlə ortaya çıxdığını söyləyən mütəxəsislər xəstəliyin ən diqqətə çarpan xüsusiyyətləri arasında hava yollarında daralma və həddindən artıq həssaslıq olduğunu vurğuladılar.

Hücumların xüsusilə gecə və ya səhərin erkən saatlarında ortaya çıxdığını, özbaşına və ya dərman müalicəsi ilə düzələ biləcəyini bildirən həkimlər müvəffəqiyyətli bir astma müalicəsinin 5 mükəmməlyollarını sıraladılar.

1.Xəstəlik əlamətlərinin nəzarət altına alınması və nəzarətin davam etdirilməsi.

2.Aktiv həyat şərtlərinin yaradılması, məşq tutumunun və idman hərəkətlərinin artırılması.

3.Tənəffüs funksiyalarının normala yaxın səviyyələrdə tutulması.

4.Yeni astma hücumlarının qarşısının alınması.

5.Astma xəstəliyinin əks təsirlərini yaradan dərmanların aradan qaldırılması.

Mütəxəssislər onu da vurğulayıblar ki, xəstəliyin təsirli bir şəkildə müalicə edilə bilməsi və yaranan narahatlıqların nəzarət altına alına bilməsi üçün müalicə planlı şəkildə həyata keçirilməlidir. Xəstə-həkim əməkdaşlığı mütləq vacibdir.Astma xəstəliyinin əmələ gəlməsində genetik və ekoloji faktorlar əhəmiyyətli rol oynayır.

Əlamətləri nələrdir?

Yazının başında az da olsa, bəhs etmişdim, lakin ətraflı bir şəkildə izah etməkdə fayda var, deyə düşünürəm. Astma xəstəliyinin ən böyük əlamətləri xəstənin xırıltılı nəfəs almağa başlaması, davamlı olaraq sinə qəfəsində bir sıxışma olması, nəfəs alanda daha tez yorulması və hərəkət etmə məsafəsinin qısalmasıdır. Çox qəribə görünsə də, öskürək astma xəstəliyinin əlamətləri arasındadır.

Nə kimi tədbirlər görə bilərsiniz?

Allergik narahatlıqları olan xəstələrin olduğu otaq şübhəsiz havalandırılmalı və davamlı olaraq təmiz saxlanılmalıdır. Yataq otağında olan örtüklər, pərdələr mütəmadi olaraq dəyişdirilməli və tez-tez yuyulmalıdır. Siqaret tüstüsü xəstələr üçün çox təhlükəlidir. Sağlam bir insanın otağında çəkilən siqaret belə bu xəstəliyin yaranmasına səbəb ola bilər. Xüsusilə hamilə qadınlar doğuma qədər siqaretdən uzaq dayanmalıdır, ana qarınındakı körpə siqaretdən mənfi təsirlənər və doğulacaq uşaq astma xəstəsi olar.

Müalicə üsulları nələrdir?

1.Rahatladıcı dərmanlar: Astma xəstəliyinin ilk mərhələsində istifadə edilən dərman müalicəsidir. Diaqnoz qoyulduqdan sonra tətbiq olunur və xəstədə görülən astma bu müalicə yolu ilə yox edilir və xəstə köhnə sağlam halına qovuşur.

2.Qabaqlayıcı tədbirlər: Xəstəliyin irəliləməsi və müalicənin gecikməsi nəticəsində olan mərhələdir. Dərman müalicəsi nizamlı bir şəkildə həyata keçirilir və ilk mərhələyə görə müalicə daha uzun sürər.

3.Təcili dərmanlar: Xəstəliyin çox çox irəlilədiyi mərhələdir. Bu mərhələdə xəstənin keçirdiyi kəsiklər sıxlaşar və bu nöqtədə dərman müalicəsi kəsikləri sona çatdırmaq və vaxtında müdaxilə etmək üçün istifadə edilər. Müalicənin məqsədi xəstəni o an rahatlaşdırmaq və köhnə halına geri çevirməkdir.

Məsuliyyətlər nələrdir?  Nələr edə bilərsiniz?

- Dərmanlar reseptdə söyləndiyi kimi alınmalı və vaxtaşırı qəbul edilməlidir, həmçinin həkiminizin məsləhəti ilə və tez-tez istifadə olunmalıdır.

- Siqaretin olduğu mühitdən mümkün qədər uzaq dayanmalısınız, siqaret astmanın ən böyük yaranma səbəbidir.

- Bu xəstəlik xroniki bir xəstəlik olduğu üçün mütəxəssislər mütəmadi olaraq, həkim müayinəsindən keçmənizi tövsiyə edir.

- Vaxtaşırı məşqlər və idman fəaliyyətləri astma xəstəliyinin ən böyük düşmənidir və bu xəstəliyin qarşısını alır.

Röya Raufqızı

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb