Bu xəstəliyi olan müəllimlər işdən çıxarılacaq

SAĞLAMLIQ
13:04 31.01.2018
1589
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti "Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nın təsdiq edib.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, yeni qaydalara əsasən təhsilverənlərin sağlamlıq vəziyyətinin müəyyən edilməsi, xəstəliklərin, o cümlədən peşə xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması və infeksion və parazitar xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə  tibbi müayinələr keçirilməlidir.

Müayinələri tibb müəssisəsinin rəhbəri tərəfindən yaradılan komissa həyata keçirir. Bundan sonra bağça müəllimləri işə götürülmədən öncə ağciyərlərin flyuoroqrafiyası, həkim göstərişinə əsasən ağciyərlərin rentgenoqrafiyası, qanın analizi (QİÇS-ə, hepatit B, C-yə, sifilisə), nəcisin analizi (helmitozlara və patogen ibtidailərə yoluxma ilə bağlı), süzənək testi, bağırsaq infeksiyaları ilə bağlı bakteriya gəzdiriciliyinə görə müayinədən keçməli olacaqlar. Tibbi yoxlanışdan keçməkdən imtina edən şəxslər işə buraxılmayacaq.

Tibbi müayinədən keçmiş namizədlərdən vərəm, sifilis, süzənək, qurda yoluxma, kəskin və xroniki bağırsaq infeksiyaları, kəskin virus infeksiyaları, kəskin bakterial infeksiyalar, ruhi xəstəliklər, narkoloji xəstəliklər və ağıreşitmə halları aşkaralan şəxslər işə götürülmür. 

Müayinədən keçəcək şəxslərin siyahısı işəgötürən şəxslər tərəfindən hər il dekabrın 1-dən gec olmayaraq hazırlanmalıdır və 3 gün ərzində həmin şəxslərə göndəriş verilməlidir. 

Təhsilverənlər 15 gün müddətinə müayinədən keçib nəticəni işəgötürən şəxsə təqdim etməlidirlər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:28 27.10.2020

Rusiyalı ekspert: "Azərbaycan Qarabağ məsələsini artıq həll edib"

18:01 27.10.2020

Baş Prokurorluqdan Ermənistanın Bərdəyə raket atması ilə bağlı açıqlama

17:51 27.10.2020

Ermənistanın Bərdəyə raket atması nəticəsində ölənlərdən biri 8 yaşlı qızdır

17:42 27.10.2020

Ermənistan Bərdəyə raket atıb, 3 nəfər ölüb, 10 nəfər yaralanıb

17:35 27.10.2020

Goranboy, Tərtər və Bərdə rayonları atəşə tutulur - RƏSMİ

17:34 27.10.2020

Hikmət Hacıyev Bərdəyə raket hücumundan yazdı

17:16 27.10.2020

Ermənistanın Bərdəyə atdığı raket zərərsizləşdirilib

17:03 27.10.2020

İrandan Fransanın anti-islam münasibətinə qarşı çağırış

16:56 27.10.2020

Azərbaycan XİN Pakistana başsağlığı verdi

16:43 27.10.2020

"Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçib"

16:43 27.10.2020

XİN başçısı: “Dünya ictimaiyyətinin reaksiya verməməsi ermənilərdə hər şeyin mümkünlüyü illüziyasını yaradıb”

16:34 27.10.2020

"Ermənistan humanitar atəşkəsdən istifadə edərək yeni hücumlara hazırlaşmaq istəyir"

16:27 27.10.2020

Separatçıların “müdafiə naziri”nin məhv edilməsinin görüntüləri yayılıb - VİDEO

16:25 27.10.2020

Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib

16:19 27.10.2020

“AccessBank” tender elan edir

16:17 27.10.2020

Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib