Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi

Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
SOSİAL
20:32 19.03.2026
236
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, martın 23-dən "Xaliq Faiqoğlu” şirkətinin istismarında olan və Binəqədi qəsəbəsini metronun "Azadlıq prospekti” stansiyası ilə əlaqələndirən 41 nömrəli müntəzəm marşrutda nağdsız ödəniş tətbiq ediləcək. Şirkət xətt üzrə sərnişinlərin xidmətinə yeni müasir avtobuslar təqdim edib.

Marşrut üzrə 15 yeni "İsuzu” markalı avtobus fəaliyyət göstərəcək. Nəqliyyat vasitələri müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub, havasərinlədici sistemə (kondisioner) malikdir.

Avtobuslarda gedişhaqqı 0,60 AZN müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR