Türkiyənin "Fənərbaxça" klubuna transfer olunan futbolçu Kerem Aktürkoğlu ətrafında qalmaqal bitmək bilmir.
AZXEBER.COM xəbər verir ki, futbolçunun "Türkiyənin ən şərəfli klubuna transfer olundum" sözləri cəmiyyətdə kəskin etirazla qarşılanıb.
"Qalatasaray"ın əfsanəvi futbolçularından olan Hasan Şaş Kereme sərt cavab verib.
O Kerem üçün şərəf və namusdan danışmağın çox tez olduğunu deyib:
"Qalatasaray" olmasaydı, sən "Benfika"nı da görməzdin. Səndən namus, şərəf soruşurlar? Bu yaşda namusdan, şərəfdən danışmaq sənin üçün deyil, bu mövzu sənin üçün çox böyükdür!".