Bu yayın ən şanslıları onlar olacaq

Bu yayın ən şanslıları onlar olacaq
MARAQLI
21:36 09.06.2026
80
İyunun 9-da Bakı vaxtı ilə saat 23:55 radələrində Venera və Yupiter Xərçəng bürcündə birləşəcək. Astroloji yanaşmaya görə, bu hadisə il ərzində ən diqqətçəkən səma hadisələrindən biri hesab olunur və yeni imkanlar, yaradıcılıq, münasibətlər və maddi məsələlər sahəsində müsbət təsirlərlə əlaqələndirilir.

Astroloqların fikrincə, Venera harmoniya, sevgi və maliyyəni, Yupiter isə inkişaf, uğur və bolluğu simvolizə edir. Bu iki planetin eyni nöqtədə birləşməsi onların təsirlərinin güclənməsi kimi şərh olunur.

Bu yayın xüsusilə Xərçəng, Əqrəb, Balıqlar, Buğa və Qız bürcləri üçün daha əlverişli ola biləcəyi bildirilir. Həmin bürclərin nümayəndələrinin yeni imkanlarla qarşılaşa, şəxsi və peşəkar sahədə irəliləyiş əldə edə biləcəyi qeyd olunur.

Eyni zamanda, Qoç, Tərəzi və Oğlaq bürclərinin nümayəndələrinə daha diqqətli qərarlar vermək, emosional və maliyyə məsələlərində tələsməmək tövsiyə edilir.

Bununla belə, astroloqlar vurğulayırlar ki, bu təsirlərin fərdi şəkildə qiymətləndirilməsi üçün şəxsi doğum xəritəsinin nəzərə alınması vacibdir.


/Demokrat.az
OXŞAR XƏBƏRLƏR