Bu yol təmirə bağlanır

Bu yol təmirə bağlanır
SOSİAL
11:41 03.09.2024
151
Sentyabrın 4-ü saat 06:00-dan başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan hissədə) hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZXEBER.COM-a verilən məlumata görə, bu, ərazidə aparılacaq təmir-bərpa işləri ilə əlaqədardır.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR