Bu yolda hərəkət məhdudlaşdırılır - DİQQƏT

Bu yolda hərəkət məhdudlaşdırılır - DİQQƏT
SOSİAL
11:05 14.05.2018
3232
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq 14 may 2018-ci il tarixində saat 11:00-dan etibarən hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bu barədə AZXEBER.COM-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Məhdudlaşma axşam saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

OXŞAR XƏBƏRLƏR