Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır

Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır
SOSİAL
20:32 23.02.2026
710
Təmir işlərinin davam etdirilməsi ilə əlaqədar olaraq, 23 fevral saat 23:00-dan 25 fevral saat 20:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

AZXEBER.COM xəbər verir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR