Rusiya Müdafiə Nazirliyi Ukraynanın Buça şəhərində qətliam iddiası ilə bağlı açıqlama verib.
AZXEBER.COM xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Buça şəhərindən gələn dəhşətli görüntülərlə bağlı açıqlama verib.
Rusiya Müdafiə Nazirliyi rus ordusunun Buçada mülki vətəndaşları öldürməsi ilə bağlı iddiaları təkzib edib və onların bölgədə qaldıqları müddətdə bir nəfər də olsun mülki vətəndaşın zərər görmədiyini bildirib:
"Vurğulamaq istərdik ki, Türkiyədə Rusiya və Ukrayna arasında aparılan üzbəüz danışıqlardan sonra martın 30-da bütün rus qoşunları Buçadan tamamilə çıxarılıb”, - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Eyni zamanda, Buça və Kiyevin digər bölgələrində rus əsgərlərinin mövcudluğu zamanı bir nəfər də olsun mülki vətəndaşın zərər görmədiyi, 452 ton humanitar yardımın edildiyi bildirilib.
Açıqlamada Rusiya ordusunun bölgəyə nəzarət etdiyi dövrdə Buçadan çıxmaq istəyənlərə çıxışların açıq olduğunu söyləyib:
"Şəhər Rusiya silahlı qüvvələrinin nəzarətində ikən, yerli sakinlər şəhərdə sərbəst hərəkət edə və mobil telefonlardan istifadə edə bildilər. Buçadan çıxışlar bağlanmayıb. Bütün yerli sakinlər şəhəri şimal istiqamətində tərk etməkdə sərbəstdir.
Aydın Nuri