Yeni İli qrşılamağa hazırlaşarkən dünyanın dörd bir yanından maraqlı görüntülər insanı valeh edir.
Rəngarəng bayram yarmarkaları, bəzədilmiş şam ağacları, şirniyyatlar göz oxşayır.
Hər bir ölkənin fərqli mətbəxi, milli mənəvi dəyərləri ilə yanaşı qəribə Yeni İl ənənələri də var.
AZXEBER.COM dünyanın nəhəng ölkələrinin qeyri-adi bayram adətlərini oxuculara təqdim edir:
Yaponiyada insanlar evlərinin qapısına ip asaraq pis ruhları uzaqlaşdırdıqlarına inanır, yeni ilin şən keçməsi üçün bayram günündə gecə satlarında qəhqəhə çəkirlər.
Almaniyada bayramı qeyd edən insanlar əridilmiş qurğuşunu suya atır və yaranan formaya uyğun gələcəyə dair təxminlər yürüdürlər.
İspaniya da maraqlı bayram ritualı ilə diqqət çəkən ölkələrdəndir. Belə ki, burada bütün ilin uğurlu davam etməsi üçün Yeni İl gecəsi masanın altına girərək 12 ədəd üzüm giləsi yemək kifayətdir.
Şotlandiyada bayram gecəsi qohumlarının və dostlarının evlərinə gedən insanlar özləri ilə bolluğu simvolizə edən pul, çörək, viski, duz və kömür aparırlar. Beləliklələ yeni ilin onlara ruzi, bərəkət gətirəcəyinə inanırlar.
Çilidə insanlr ilin bolluq içində keçməsi üçün bayram axşamında 1 qaşıq mərcimək yeyərək yuxuya gedirlər.
Braziliyada 7 dalğa üzərindən atlayan insanlar üçün yeni ilin uğurlu olacağına inanırlar. Onlar neqativ ruhları qovmaq üçün isə bayram gecəsində ağ rəngli geyimlərə üstünlük verirlər.
İtaliyada Yeni İl axşamı köhnə ev əşyalarının pəncərədən küçəyə atılması ənənəsi hələ də qalır.
İrlandiyada isə Yeni İl günü evlərin qapıları taybatay açıq olmalıdır. İstənilən adam istədiyi evə daxil ola bilər, onu ən əziz qonaq kimi qarşılayacaq, bayram sürfəsi ətrafında ən şərəfli yerdə oturdacaq və birlikdə yeyib içəcəklər.
Gəzməyi çox sevən kolumbiyalılar isə bayram gecəsi içi boş çamadanla küçələrdə gəzirlər. Onlar bu yolla yeni ili səyahətlərdə keçirəcəklərinə inanırlar.
Rusiyada muradına çatmağı arzulayan insanlar arzularını yazdıqları kağızları yandırır, küllərini isə şampan qədəhlərinin içinə səpərək içirlər.
Bolqarıstanda Yeni İl daxil olan saatda bütün evlərdə bir neçə dəqiqəlik işıqlar söndürülür. Yeni il öpüşmələri başlayır.
Macarıstanda isə bayram axşamı uşaq tütəkləri, fit almaq və hədiyyə etmək adətdəndir. Xalqın inancına görə, bu musiqi alətlərinin təsirli səsi evdəki cinləri qova, evə sevinc və firəvanlıq gətirə bilir.
Moldovada bayram axşamı qonağınız olan şəxslər vlərinizə buğda səpəcək. Hesab olunur ki, bununla yeni ildə bol məhsul və firəvanlıq olacaq.
Aysel Hacızadə