"Buğda səpmək, mərci yemək, tütək almaq" - Dünyadan qəribə Yeni İl adətləri

"Buğda səpmək, mərci yemək, tütək almaq" - Dünyadan qəribə Yeni İl adətləri
MARAQLI
12:28 20.12.2024
651
Yeni İli qrşılamağa hazırlaşarkən dünyanın dörd bir yanından maraqlı görüntülər insanı valeh edir. 
 
Rəngarəng bayram yarmarkaları, bəzədilmiş şam ağacları, şirniyyatlar göz oxşayır.
 
Hər bir ölkənin fərqli mətbəxi, milli mənəvi dəyərləri ilə yanaşı qəribə Yeni İl ənənələri də var.
 
AZXEBER.COM dünyanın nəhəng ölkələrinin qeyri-adi bayram adətlərini oxuculara təqdim edir:
 
Yaponiyada insanlar evlərinin qapısına ip asaraq pis ruhları uzaqlaşdırdıqlarına inanır, yeni ilin şən keçməsi üçün bayram günündə gecə satlarında qəhqəhə çəkirlər.
 
Almaniyada bayramı qeyd edən insanlar əridilmiş qurğuşunu suya atır və yaranan formaya uyğun gələcəyə dair təxminlər yürüdürlər.

İspaniya da maraqlı bayram ritualı ilə diqqət çəkən ölkələrdəndir. Belə ki, burada bütün ilin uğurlu davam etməsi üçün Yeni İl gecəsi masanın altına girərək 12 ədəd üzüm giləsi yemək kifayətdir.

Şotlandiyada bayram gecəsi qohumlarının və dostlarının evlərinə gedən insanlar özləri ilə bolluğu simvolizə edən pul, çörək, viski, duz və kömür aparırlar. Beləliklələ yeni ilin onlara ruzi, bərəkət gətirəcəyinə inanırlar.

Çilidə insanlr ilin bolluq içində keçməsi üçün bayram axşamında 1 qaşıq mərcimək yeyərək yuxuya gedirlər.

Braziliyada 7 dalğa üzərindən atlayan insanlar üçün yeni ilin uğurlu olacağına inanırlar. Onlar neqativ ruhları qovmaq üçün isə bayram gecəsində ağ rəngli  geyimlərə üstünlük verirlər.
 
İtaliyada Yeni İl axşamı köhnə ev əşyalarının pəncərədən küçəyə atılması ənənəsi hələ də qalır. 
 
İrlandiyada isə Yeni İl günü evlərin qapıları taybatay açıq olmalıdır. İstənilən adam istədiyi evə daxil ola bilər, onu ən əziz qonaq kimi qarşılayacaq, bayram sürfəsi ətrafında ən şərəfli yerdə oturdacaq və birlikdə yeyib içəcəklər.

Gəzməyi çox sevən kolumbiyalılar isə bayram gecəsi içi boş çamadanla küçələrdə gəzirlər. Onlar bu yolla yeni ili səyahətlərdə keçirəcəklərinə inanırlar.

Rusiyada muradına çatmağı arzulayan insanlar arzularını yazdıqları kağızları yandırır, küllərini isə şampan qədəhlərinin içinə səpərək içirlər.
 

Bolqarıstanda Yeni İl daxil olan saatda bütün evlərdə bir neçə dəqiqəlik işıqlar söndürülür. Yeni il öpüşmələri başlayır. 

Macarıstanda isə bayram axşamı uşaq tütəkləri, fit almaq və hədiyyə etmək adətdəndir. Xalqın inancına görə, bu musiqi alətlərinin təsirli səsi evdəki cinləri qova, evə sevinc və firəvanlıq gətirə bilir. 

Moldovada bayram axşamı qonağınız olan şəxslər vlərinizə buğda səpəcək. Hesab olunur ki, bununla yeni ildə bol məhsul və firəvanlıq olacaq. 


Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
01:48 18.10.2026
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir