Büdcəyə yenidən baxılacaq - Təkliflər Nazirlər Kabinetinə təqdim edildi

SOSİAL
16:27 30.07.2020
387
Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim edib. 

AZXEBER.COM xəbər verir ki, nazirliyin məlumatında bildirilir ki, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Azərbaycan Prezidentinin 2020-ci il dövlət büdcəsinə yenidən baxılması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanaraq müvafiq büdcə zərfi ilə birlikdə Nazirlər Kabinetinə təqdim olunub.

Bununla yanaşı büdcə sisteminə uyğun olaraq icmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikasının, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən sığorta fondunun və Dövlət Neft Fondunun büdcələrində də müvafiq dəyişikliklər edilib.

Dövlət və icmal büdcələrin yenidən baxılması ilə bağlı dövlət və icmal büdcələrinin dürüstləşdirilmiş göstəriciləri Maliyyə Sabitlik Şurasında müzakirə olunaraq bəyənilib.

2020-ci il dövlət və icmal büdcələrində ediləcək dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, habelə COVİD-19 pandemiyasının ölkəmizə mənfi təsirinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən ölkə əhalisinin sağlamlığının qorunması məqsədilə səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı əlavə ehtiyacların qarşılanması, habelə pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə də əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması və eləcə də, sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:29 23.09.2020

Prezidentin vətəndaşlarla səmimi görüşü: "İlham baba" - VİDEO

16:25 23.09.2020

Ramin Bayramlı danışdı: "Vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür"

16:13 23.09.2020

Hikmət Hacıyev: "Terrorçuların Qarabağa gətirilməsi kanalları üzərində iş aparılır"

16:13 23.09.2020

Zərdab rayonunda küçələrdən birinə şəhid hakimin adı verildi

15:53 23.09.2020

Bakıdan Ankara və Antalyaya xüsusi reyslər həyata keçiriləcək

15:41 23.09.2020

Ərinin dostuna qoşulub qaçan gəlin tapıldı

15:39 23.09.2020

Prezident: Balaxanıya turist axını qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq

15:30 23.09.2020

Məktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?

15:25 23.09.2020

Azərbaycanda toylar bərpa edilir? - Şadlıq saraylarında yer yoxdur

15:23 23.09.2020

"Dünya pandemiya maskasını çıxarmasa belə biz erməni maskasını yırtmalıyıq"

15:15 23.09.2020

İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"

15:05 23.09.2020

Artıq Azərbaycanda doğum və ölüm belə qeydə alınacaq - FƏRMAN

14:46 23.09.2020

“Qüdrət Həsənquliyev məmur olsaydı, Prezident onu vəzifəsindən azad edərdi”

14:30 23.09.2020

Türkiyədə insanlar üzərində test edilən koronavirus peyvəndindən xəbər var

14:18 23.09.2020

Sergey Lavrov: "Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır”

14:06 23.09.2020

Naqif Həmzəyev: Azərbaycan müstəqil mövqeyi olan dövlət olduğunun bir daha nümayiş etdirdi

X Mostbet