Buffon Bakıda yubiley matçına çıxacaq

Buffon Bakıda yubiley matçına çıxacaq
Bütün Xəbərlər
16:28 09.10.2015
916
"Avro-2016"nın seçmə mərhələsində sabah millimizlə keçiriləcək oyun İtaliya millisinin qapıçısı Canluici Buffon üçün əlamətdar olacaq.
Qol.Az-ın məlumatına görə, 37 yaşlı qolkiper İtaliya millisinin heyətində yubiley matçına çıxacaq.
Bakı Olimpiya stadionunda baş tutacaq matç Buffonun yığmadakı 150-ci oyunu olacaq. Maraqlıdır ki, Buffon ötən ay Bolqarıstanla baş tutan görüşdə 150-ci matçını keçirib. Lakin FİFA onun iştirak etdiyi yoxlama görüşlərindən birini beynəlxalq oyun kimi qəbul etməyib. Bu səbəbdən Buffonun İtaliya yığmasındakı 150-ci oyunu millimizlə görüşə təsadüf edəcək.
Qeyd edək ki, sabah Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyunu saat 21:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR