Buffon "Barselona" ilə müqavilə bağlaya bilər

Buffon "Barselona" ilə müqavilə bağlaya bilər
İDMAN
18:21 12.05.2021
441
İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon yayda İspaniya "Barselona"sı ilə müqavilə bağlaya bilər.
 
43 yaşlı qolkiperlə qısamüddətli anlaşmanın əldə ediləcəyi gözlənilir. Rəhbərlik italiyalı oyunçuya əsas qapıçı Mark-Andre Ter Ştegenin əvəzedicisi kimi baxır.

Qeyd edək ki, Canluici Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer olunub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon "Yuventus"da 683 oyunundan 322-də qol buraxmayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR