Dövlət Neft Fondu (SOFAZ) bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən valyuta hərracına 35 mln. dollar məbləğində vəsait çıxarıb.
APA öz mənbələrinə istinadən xəbər verir ki, hərrac iştirakçıları çıxarılan valyutanın hamısını alıb.
"Hərracda tələb 37 mln. dollar ətrafında olub”, - deyə mənbə bildirib. Beləliklə, tələb təklifi təxminən 2 mln. dollar üstələyib.
Qeyd edək ki, bugünkü hərracda manatın ortaçəkili məzənnəsi 1,7296 səviyyəsində formalaşıb. Beləliklə, manatın ortaçəkili məzənnəsi bugünkü hərracda 0,3% möhkəmlənib.
Əlavə edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,7301 səviyyəsində müəyyən edib.