Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyuldu

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyuldu
SOSİAL
18:56 14.03.2026
206
Bu gün, martın 14-də xalqımızın ən əzizi bayramlarından olan Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə "Novruz bayramını təmiz şəhərlə qarşılayaq" devizi ilə təmizliklə bağlı genişmiqyaslı ümumşəhər iməcliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 537 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməcilikdə yaxından iştirak ediblər.

Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə, əziz Novruz Bayramını təmiz şəhərdə, xoş əhvali-ruhiyyə ilə qarşılanmasına böyük töhfədir.
OXŞAR XƏBƏRLƏR