Bukmekerlər ‘Qarabağ’a ‘Ayntraxt’la oyunda nə qədər şans tanıyır?

İDMAN
12:27 21.08.2013
1868

“Qarabağ”ın qələbəsi 4,75 əmsalla dəyərləndirilir.

Sabah Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası ilə qarşılaşacaq. Azarkeşlər bu qarşılaşmaya marağı kifayət qədər çoxdur. Belə ki, bu oyuna 20 mindən çox biletin satıldığı bildirilir. Matçın start fitinə qədər Tofiq Bəhrəmov adına Respublika stadionunun tribunalarının azarkeşlərlə tam dolacağı gözlənilir. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşmək şansları az ehtimal olunsa da, Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın bunu bacaracağına hamı inanır. Güclü azarkeş dəstəyi altında “Qarabağ” Azərbaycan futboluna növbəti tövhəsini verə bilər. Hər halda “Ayntaraxt” iki il əvvəl “Qarabağ”ın yolunu kəsən “Borusiyya Dortmund” səviyyəsində komanda deyil. Dünyanın məşhur totolizatorları “Qarabağ” - “Ayntraxt” oyununa təqdim etdiyi əmsallar belədir: “Qarabağ”ın qələbəsi 4,75, oyunun heç-heçə 3,7, “Ayntarxt”ın qələbəsinə 1,62 əmsal verilib. (anspress)

OXŞAR XƏBƏRLƏR