ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, müğənni tamaşaçıların arasında əyləşən gənc bir oğlana "Sənin neçə yaşın var?" deyə səslənib. "20 yaşındayam əfəndim" sözlərinə Ərsoy "Sən çox balacasan, səninlə üç ildən sonra görüşərik" deyərək reaksiya versə də, konsertin axırlarına yaxın ayaqqabısını çıxarıb həmin gəncə tullayıb və "Sən otağa qalx!" deyib.Əlində müğənninin ayaqqabısı nə edəcəyini bilməyən gənc bir anda bütün salondakıların diqqət mərkəzinə çevrilib. Daha sonra Ərsoyun köməkçiləri ayaqqabını gəncdən alaraq müğənniyə qaytarıblar.