Bülent Ersoy vəsiyyətini açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Bülent Ersoy müğənni Gülşənə vəfat etdikdən sonra məzarı başında mahnı oxumasını vəsiyyət edib.
Məşhur sənətçi 2011-ci ildə vəsiyyətinə uyğun olaraq ilk dəfə dinlədiyində gözləri yaşardığını söylədiyi "Aşkdan Sabıkalı" mahnısının Gülşən tərəfindən məzarı başında oxunmasını tələb edib.
Müğənni Gülşen Bülent Ersoyun xahişi ilə bağlı bunu deyib:
"Bir gecə Londonda olarkən Bülent Ersoy zəng vurdu. "Övladım, mahnım haradadır?" - deyə soruşdu. O gecə yuxumdan anidən oyandım və mahnını hazırladım. Çox bəyəndi. Hətta dedi ki, "Bu, mənim həyatımın bir parçasıdır, öləndə məzarımda bu mahnını səsləndir”.
Ayşən