Məşhur türkiyəli müğənni Bülənt Ərsoyun dekabrın 31-də Bakıda verəcəyi konsert təxirə düşüb.
AZXEBER.COM xəbər verir ki, buna səbəb tədbirin keçiriləcəyi məkanın sənədlərinin qaydasında olmamasıdır. Məkandan verilən açıqlamada konsertin başqa bir tarixə keçirildiyi açıqlanıb.
Konsertin nə zaman baş tutacağı hələlik bəlli deyil.
Qeyd edək ki, Bülent Ərsoyun bir neçə il əvvəl də Bakıda konserti planlaşdırılmış, lakin pandemiya səbəbindən ləğv edilmişdi.
Ayşən
