Hadisə şahidlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, 20 yaşlı Xəyal adlı gənc dənizə yıxılıb. Gəncin dostlarının dediyinə görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Maraqlıdır ki, hadisə yerinə gələn Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları gecə saatları olduğu üçün dənizə enə bilməyəcəklərini deyiblər və ərazidən uzaqlaşıblar.
Dostlarının dediyinə görə, dənizə yıxılan 20 yaşlı Xəyal adlı gəncin sabah nişanı olacaqmış, o əsgərlikdən bir neçə gün imiş ki, qayıdıb.



