Bulvarda dekorativ ağaca zədə vuran qadının barəsində inzibati protokol tərtib edildi

Bulvarda dekorativ ağaca zədə vuran qadının barəsində inzibati protokol tərtib edildi
SOSİAL
16:58 04.07.2023
232
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran M.Ə.-nin (ad, soyadı şərti) barəsində inzibati protokol tərtib edilib.

Bu barədə AZXEBER.COM-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, qadının barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Hazırda protokol hakim Ülviyyə Şükürovanın icraatına verilib.

Qeyd edək ki, Ə.M.-ni əlli manatdan yüz manatadək məbləğdə cərimə və ya 15 günədək müddətə inzibati həbs cəzası gözləyir.
OXŞAR XƏBƏRLƏR