Bulvarda intihar edən şəxs barədə təfərrüatlar – Şirkət rəhbəri ilə sevgili imiş

Bulvarda intihar edən şəxs barədə təfərrüatlar – Şirkət rəhbəri ilə sevgili imiş
SOSİAL
13:31 02.09.2016
10996
Dünən Bakı bulvarında Binəqədi rayon sakini olan 47 yaşlı Müşfiq Kələntərovun özünü dənizə ataraq intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
M.Kələntərov Bibiheybət yolu 6 ünvanının qarşısında, Su İdman sarayı istiqamətində, «Enerji klub»un yanında özünü dənizə atıb. Hadisə şahidləri bildirib ki, o, qaça-qaça dəniz istiqamətində gələrək burada təmizlik işləri aparanların gözü qarşısında özünü suya atıb. Ərazidə təmizlik işləri aparan fəhlələr nə qədər səy etsələr də, onu sudan çıxara bilməyiblər.
Bu arada M.Kələntərovun subay imiş və Bakıda fəaliyyət göstərən məşhur kosmetika firmalarından birini Azərbaycana gətirən şəxslərdən olub. Şirkətin rəhbərliyində çalışan qadınla yaxın münasibətdə olan 47 yaşlı Müşfiq bir neçə dəfə müxtəlif şəxslərdən külli miqdarda pul götürərək həmin qadına veribmiş. Son vaxtlarda isə pul sahibləri M.Kələntərovu sıxışdırmağa başlayıb. Bildirilir ki, şəxsiyyəti araşdırılan həmin şəxslər M.Kələntərovu dəfələrlə təhdid edib, hətta bir neçə gün girov da saxlayıblar.
İntihar hadisəsindən sonra M.Kələntərovun cibindən borc pulun alınması ilə bağlı etibarnamə çıxıb. Həmin sənəddə ona pul verən şəxsin adı və fotosu da olub. Onun 40-45 yaşında olduğu bildirilir.
Hadisədən sonra M.Kələntərovun meyiti sudan çıxarılıb. Bu zaman onun cibindən borc müqaviləsi tapılıb. Müqavilədən məlum olub ki, M.Kələntərovun 15 min manat borcu varmış.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar davam etdirilir.
Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
11:14 10.05.2025
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
Ceyhun Mirzəyevin qızının SON HALI
11:09 10.05.2025
Ceyhun Mirzəyevin qızının SON HALI
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
11:00 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
10:46 10.05.2025
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
10:31 10.05.2025
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
Ağdaşda bir nəfər kanalda batıb
10:16 10.05.2025
Ağdaşda bir nəfər kanalda batıb
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
10:06 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
10:04 10.05.2025
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
10:03 10.05.2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10:00 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
01:47 10.05.2025
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
00:12 10.05.2025
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
00:10 10.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
23:59 09.05.2025
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
23:45 09.05.2025
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
23:38 09.05.2025
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb