“Real”ın yarımmüdafiəçisi Xabi Alonso Çempionlar liqası 1/8 final mərhələsində “Mançester Yunayted”a qarşı keçirdikləri oyununa (1:1) münasibət bildirib.
İspan futbolçu nəticədən o qədər də razı qalmadığını deyib. Amma əlavə edib ki, bundan da pis nəticə ola bilərdi.
Komandanın şansızlıq yaşadığını düşünən 31 yaşlı futbolçu matça yaxşı başladıqları, lakin ikinci hissədə rəqib komandanın daha yaxşı oyun nümayiş etdirdiyini söyləyib.
Cavab görüşü haqda danışan X.Alonso bunları deyib: “Mançesterdə oynayacağımız oyun maraqlı olacaq. Biz “Old Trafford”da qələbə üçün gedirik”.//qol.az