‘Bundan sonra hərəkatın dörd ofisi olacaq’ - Eldar Namazov

‘Bundan sonra hərəkatın dörd ofisi olacaq’ -  Eldar Namazov
12:54 01.04.2013
1427

“El” hərəkatının rəhbərliyi mətbuat konfransı keçirib.

Hərəkatın İdarə Heyətinin üzvü Eldəniz Quliyev əvvəlcə “EL” Hərəkatının qərargahı ilə bağlı yaranan problem haqda danışıb. Onun sözlərinə görə, hərəkat təsis olunduğu və fəaliyyət göstərdiyi vaxtdan heç bir qanun pozuntusuna yol verməsə də, təzyiqlərlə üzləşib.

“EL” hərəkatının İdarə Heyətinin sədri Eldar Namazov bildirib ki, təmsil etdiyi qurum ofis təşkilatı deyil. Bu səbəbdən də hərəkatın fəaliyyətinin qarşısı alına bilməyəcək: “Artıq hərəkatın paytaxtda üç ofisi və əlavə olaraq baş ofisi fəaliyyət göstərəcək. Yəni bundan sonra hərəkatın dörd ofisi olacaq. Bu ofislər müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərəcəklər. Bu ofislər daha geniş və fəaliyyət göstərmək üçün rahat olacaq”. E. Namazovun sözlərinə görə, istənilən halda hərəkat öz fəaliyyətini davam etdirəcək. O, ofislərin ünvanları haqda məlumat verməyib. Eldar Namazov bölgələrdə hərəkatın uğurla fəaliyyət göstərdiyini də söyləyib: “Artıq Cənub, Aran və Naxçıvan bölgəsi üzrə hərəkatın fəaliyyəti genişləndiriləcək və qurumun nümayəndəlikləri yaradılacaq. Bütün bunlar sona çatdırdan sonra hərəkatın ümumrespublika müşavirəsi keçiriləcək”. E. Namazov hərəkatın prezident seçkiləri ilə bağlı strategiyasının hazırlanaraq, qəbul olunduğunu da qeyd edib. Konfransda çıxış edən hərəkatın İdarə Heyətinin üzvləri Zəfər Quliyev, Köçəri Nağıbəyli və digərləri təmsil olunduqları quruma qarşı atılan addımlar, ölkədəki ictimai-siyasi proseslərlə bağlı fikirlərini söyləyiblər.

Qeyd edək ki, hərəkat Bakının Nərimanov rayonu, Əlizadə küçəsi 11 ünvanında yerləşən ünvandan mülkün sahibi tərəfindən çıxarılıb. (APA)

OXŞAR XƏBƏRLƏR