Bundesliqa çempionu komandasından ayrılacağını açıqladı

Bundesliqa çempionu komandasından ayrılacağını açıqladı
İDMAN
18:39 21.04.2025
607
Almaniyanın "Bayer 04" klubunun futbolçusu Conatan Ta mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

29 yaşlı müdafiəçi bu barədə "Kicker"ə açıqlamasında bildirib.

O, məsələ ilə bağlı rəhbərliyin məlumatlı olduğunu söyləyib:

"Müqaviləmi yeniləməməyə və burada qalmamağa qərar verdim. Bu barədə açıq danışdım".

Qeyd edək ki, 2015-ci ildən Leverkuzen təmsilçisində çıxış edən oyunçu ötən mövsüm komanda ilə Bundesliqada çempion olub. O, cari mövsüm bütün turnirlərdə "Bayer 04" forması ilə 45 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR