Bundesliqa çempionu mövsümün sonunda klubundan ayrılacaq

Bundesliqa çempionu mövsümün sonunda klubundan ayrılacaq
İDMAN
19:58 03.03.2025
174
"Bayer 04"ün futbolçusu Conatan Ta mövsümün sonunda Almaniya klubundan ayrılacaq.
 
29 yaşlı müdafiəçi Leverkuzen təmsilçisi ilə yeni müqavilənin şərtlərini razılaşdıra bilməyib.

Almaniyalı oyunçunun yayda başqa komandaya keçmək ehtimalı yüksəkdir.

Qeyd edək ki, Conatan Ta cari mövsüm "Bayer 04"ün heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2023/2024 mövsümündə klubla Almaniya Bundesliqasının qalibi olub.
 
OXŞAR XƏBƏRLƏR