Bundesliqa klubunun sponsoru fahişəxana oldu

İDMAN
22:53 30.11.2012
1436
Almaniyanın hokkey Bundesliqasının ikinci divizionunda çıxış edən “Lanshutt Hanibalları” klubunun sponsoru fahişəxana olub.AZXEBER.COM-un məlumatına görə, klub şəhər bordeli ilə sponsorluq haqqında müqavilə imzalayıb.Bundan sonra klubun oyunçuları üzərində fahişəxananın adı yazılan “Lustra” yazılı geyimlə buz meydançasına çıxacaqlar. Bununla yanaşı onların geyindiyi formanın üzərində qadın dodağını xatırladan şəkil və “Dünya necə də seksual olarmış” yazı olacaq. Bu hələ harasıdır: formanın üzərində olan şəklin arxa planında əlində qadın alt paltarı tutan qız silueti də əks olunacaq.

OXŞAR XƏBƏRLƏR