Bundesliqada "Mainz" və "Auqsburq" klubları arasındakı matç zamanı ilk yaşanıb.
AZXEBER.COM xəbər verir ki, "Mainz"in fransız oyunçusu Musa Niakhateyə matçın 65-ci dəqiqəsində iftar açmaq şəraiti yaradılıb.
Hakimin bu jesti həm futbolçu, həm də azarkeşlər tərəfindən alqışla qarşılanıb.
Qeyd edək ki, bu hadisə Bundesliqa tarixində ilk dəfə qeydə alınıb. Ramazan ayında futbolçunun iftarını açmaq üçün oyunun dayandırılmasına rəsmən icazə verilib.