Almaniyada hakim partiyanın deputatları Azərbaycanı dəstəklədi

Almaniyada hakim partiyanın deputatları Azərbaycanı dəstəklədi
SİYASƏT
21:31 02.10.2020
967

Almaniya Bundestaqın hakim Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının deputatları – Xarici siyasət komitəsinin üzvü, fraksiyanın Şərq Tərəfdaşlığı üzrə məruzəçisi Nikolas Löbel və Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvü Eberhard Qinqer Dağlıq Qarabağ münaqişəsinə dair bu gün bəyanat yayıblar.


AZXEBER.COM-un məlumata görə, Bəyanatda deyilir:


"Dağlıq Qarabağ uğrunda hərbi əməliyyatlarda 25.000 insan həlak olub və bir milyon insan qaçqın düşüb. Bu müharibənin gedişində Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin təxminən 5%-ni təşkil edən Dağlıq Qarabağla yanaşı Azərbaycanın 7 ətraf rayonunu da işğal edib. Azərbaycanın dövlət ərazisinin hissələrinin hərbi işğalı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsində (822, 853, 874 və 884 saylı) pislənilib. Hazırda Azərbaycanın dövlət ərazisinin təqribən 20%-i Ermənistanın işğalı altındadır.

 

Beynəlxalq ictimaiyyət hələ də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir. Almaniya və Avropa İttifaqının (Aİ) mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli yalnız sülh yolu ilə ola bilər. Almaniya və Aİ qondarma "Dağlıq Qarabağ Respublikası”nı və bu rejimin keçirdiyi "seçkiləri” tanımır.

1992-ci ildən bəri ATƏT-in Minsk Qrupu bu dondurulmuş münaqişənin həllinə çalışır. Təxminən 30 il davam edən vasitəçilik cəhdlərinə baxmayaraq status-kvonun aradan qaldırılmasına yönələn səylər nəticəsiz qalıb. 1994-cü ilin mayından mövcud olan atəşkəs xəttində daim günahsız insanların ölümü ilə nəticələnən toqquşmalar baş verir.

BMT Xartiyasının 2-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə üzv dövlətlər beynəlxalq mübahisələri yalnız dinc yollarla həll etməlidirlər ki, dünyada sülh, beynəlxalq təhlükəsizlik və ədalət təhlükə altına düşməsin. BMT-nin bütün üzv dövlətləri öz beynəlxalq münasibətlərində dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı yönələn yaxud BMT-nin məqsədlərinə uyğun gəlməyən güc tətbiqi və güclə hədələməkdən əl çəkməlidirlər.  

Almaniya həm Ermənistan, həm də Azərbaycan üçün etibarlı tərəfdaş olmaq istəyir. Beynəlxalq hüquqa söykənən ümumi standartlar əsasında anlaşma Cənubi Qafqaz ölkələri ilə münasibətlər üçün şərtdir. Buraya yuxarıda qeyd edilən BMT qətnamələrinə uyğun olaraq fundamental prinsiplər kimi xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxulmazlığı aiddir. Hər iki tərəf Cənubi Qafqazda sülh, demokratiya və sabitliyin gücləndirilməsi məqsədilə işğal edilmiş ərazilərdə yaranmış beynəlxalq hüquqa zidd vəziyyətin aradan qaldırılması və razılaşdırılmış həllin tapılması üçün töhfə verməyə çağırılır” (https://www.nikolas-loebel.de/voelkerrechtswidrigen-zustand-in-berg-karabach-beenden-friedliche-loesung-des-konflikts-suchen/).   

Deputat Nikolas Löbel bəyanatı öz tvitter səhifəsində aşağıdakı şərhlə yerləşdirib:

"Biz Dağlıq Qarabağdakı beynəlxalq hüquqa zidd vəziyyətə son qoymalıyıq və münaqişənin sülh yolu ilə həllinə ehtiyac duyuruq. Ermənistan və Azərbaycan Cənubi Qafqazda demokratiya və sabitliyin yaradılması üçün danışıqlar masasına oturmalıdırlar" (https://twitter.com/NikolasLoebel/status/1312006757795889152).

Bundan başqa, CDU/CSU fraksiyasının digər deputatı Olaf Quttinq öz tvitter səhifəsində bu bəyanatı bölüşərək ona qoşulduğunu bəyan edib:

"Həmkarlarımla tamamilə razıyam. Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd vəziyyətə son qoyulmalı və münaqişə sülh yolu ilə həll olunmalıdır” (https://twitter.com/olavgutting/status/1312010117953581056


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
14:23 12.10.2026
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
14:13 12.10.2026
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi
14:06 12.10.2026
Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13:56 12.10.2026
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
“Volkswagen”in satışları kəskin azaldı
13:40 12.10.2026
“Volkswagen”in satışları kəskin azaldı
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
13:36 12.10.2026
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
13:28 12.10.2026
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
13:16 12.10.2026
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
13:15 12.10.2026
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
12:57 12.10.2026
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
12:48 12.10.2026
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
12:46 12.10.2026
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
12:38 12.10.2026
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
12:36 12.10.2026
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
12:34 12.10.2026
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
12:14 12.10.2026
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov