Almaniya Bundestaqının prezidenti Berbel Bas Ukraynanın paytaxtı Kiyevə səfər edib.
AZXEBER.COM Trend.az-a istinadən xəbər verir ki, bu barədə parlament sədrinin protokol rəhbəri Enriko Brissa özünün "Twitter" səhifəsində yazıb.
"Mayın 8-də Bundestaqın prezidenti Berbel Bassın Kiyevə səfəri başlayıb", - deyə E.Brissa bildirib.
Onun sözlərinə görə, parlamentin prezidenti bu gün İkinci Dünya Müharibəsi qurbanlarının xatirəsini yad edəcək, həmçinin siyasi danışıqlar aparacaq.